Xaçmazda avtomobil ahıl kişini vuraraq ağır xəsarət yetirib

Xaçmazda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

Axşam saatlarında yolu keçmək istəyən piyada, Xaçmaz şəhər sakini 1959-cu il təvəllüdlü Məhəmməd Hüseyn oğlu Mahmudovu avtomobil vurub. Ağır xəsarətlər alan M.Mahmudov hadisəni törədən sürücü tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ağır qapalı kəllə-beyin travması, baş-beyinin əziyi, kəllə sümüklərinin sınığı, eləcə də digər diaqnozlar qoyulub və o reanimasiyaya yerləşdirilib.

Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *