Azərbaycanda sabiq yüksək vəzifəli şəxs öldü: Sabah yubileyi olacaqdı – FOTO

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib.

Qafqazinfo xəbər verir ki, F.Nəbiyev Türkiyədə vəfat edib.

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə anadan olub. 2006-cı ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2018-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində işləyib. 2012-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

F.Nəbiyevin sabah 60 yaşı olacaqdı.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *