Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 226 yeni yoluxma – FOTO

Azərbaycanda koronavirus infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409 test aparılıb.

Aktiv xəstə sayı isə 4089 nəfərdir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *