Xəzərdə batan neftçinin meyiti tapılıdı – YENİLƏNİB

“Abşeronneft” NQÇİ-nin stasionar dəniz özülündə operator vəzifəsində işləyən, dünən itkin düşən 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlunun meyiti tapılıb.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

Mərhumun meyiti aidiyyəti üzrə ekspertizaya göndərilib.

***

“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin 3-cü mədəninin operatoru, 1975-ci il təvəllüdlü Kazımov Elşənin meyiti dənizdən çıxarılıb.

Bu barədə hüquq müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı feysbuk hesabında məlumat verilib.

Xatırladaq ki, ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlunun növbənin sonunda – saat 19:00 radələrində iş yoldaşları tərəfindən özüldə olmadığı müəyyən edilmişdi.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *