Hazırda “Neftçilər” metrostansiyasının yaxınlığında nəqliyyatın hərəkəti dayanıb – FOTO

Hazırda Bakının “Dakar” meydanında (“Neftçilər” metrostansiyasının yaxınlığı) nəqliyyatın hərəkəti dayanıb.

Oxu.Az xəbər verir ki, buna səbəb nəqliyyat vasitələrinin çoxluğu və sürücülərin dairədə bir-birilərinə yol verməmələridir.

Bu səbəbdən hazırda “Dakar” dairəsində bütün istiqamətlərdə sıxlıq müşahidə olunur. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyat istifadəçiləridir. Avtobuslar sıxlıqda qaldığından sərnişinlər piyada gedir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *