Azərbaycanlı kriminal avtoritet öldürüldü

Median.Az report-a istinadla xəbər verir ki, Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə “Maqa” ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan olan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb.

Hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib.

Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Saxlanılanlar arasında Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü, əslən Astara rayonundan olan Ağayev Cavid adlı azərbaycanlı da var.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *