Salyanlı iş adamı Moskvada dünyasını dəyişdi

Moskvada yaşayan salyanlı iş adamı dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, 1955-ci ildə Salyan rayonunun Xalac kəndində doğulmuş və 30 ildən çoxdur ki, Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan iş adamı Səfərov Hilal Xudaş oğlu dünyasını dəyişib.

İlkin məlumata görə, H. Səfərov infarkt keçirdiyinə görə, bir aya yaxın imiş Moskvada xəstəxanalardan birində müalicə alırmış.

İş adamının meyitinin doğulduğu Xalac kəndinə gətirilməsi gözlənilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *