Balakəndə ev yandı

Balakən rayonunun Qabaqçöl qəsəbəsində ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ümumi sahəsi 120 kvadrat metr olan köməkçi tikilinin taxta konstruksiyalardan ibarət tavanı 60 kvadrat metr sahədə və içərisində ev əşyaları külə dönüb.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *