Azərbaycanda tədris müəssisələrinin fəaliyyətini bərpa edəcəyi tarix açıqlandı – RƏSMİ + VİDEO

Ölkədə bütün tədris müəssisələrinin fəaliyyəti sentyabrın 15-də başlayacaq.

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, məktəbəqədər təhsil və bağçalarda distant təhsil mümkün deyil:

“Ailələrin işləməsini nəzərə alaraq, uşaq bağçalarının sentyabrın 15-dən başlayaraq epidemioloji vəziyyət nəzərə alınmaqla fəaliyyəti bərpa ediləcək.

Bu, ölkənin bütün regionlarına eyni anda şamil edilməyəcək. Oktyabr ayının 1-dək müşahidə aparılacaq. Əgər epidemioloji vəziyyətdə kəskin dəyişiklik olmazsa, bu, davam edəcək”.

Onun sözlərinə görə, bu proses sentyabrın 15-dən noyabrın 2-dək davam etdiriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *