İnternatlarda tədrisin nə vaxt başlayacağı bilindi – RƏSMİ

Xüsusi qaydaya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş internatlarda da tədris sentyabrın 15-dən oktyabrın 1-dək mərhələli şəkildə açılacaq.

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, burada xüsusi protokollar olacaq:

“Bu istiqamətdə qaydalar hazırlanıb. Uşaqlar burada yataqxanalarda qaldıqları üçün fərqli protokollar tərtib edilib. Qaydalar operativ qərargah tərəfindən təsdiq edildikdən sonra elan olunacaq”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *