Xızıda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Xızı rayonunun Qarabulaq və Dizəvər kəndləri yaxınlığında dağlıq ərazidə 300 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yaxınlıqdakı meşə zolağı və fermalar yanğından mühafizə olunub.

Yanğın saat 18:40-da söndürülüb.

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *