Mayk Pens rəsmən namizəd oldu

Mayk Pens noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd kimi iştirakına rəsmi şəkildə razılıq verib.

Median.Az
publika.az-a istinadən xəbər verir ki, bu barədə Mayk Pens Merilənd ştatının Baltimor şəhərində çıxışında deyib.

“Prezident Trampın mənə göstərdiyi etimada minnətdarlıq hissi, Respublikaçılar Partiyasının dəstəyi və Tanrının lütfü ilə ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyimi irəli sürməyiniz barədə qərarınızı təvazökarlıqla qəbul edirəm”, – deyə o bildirib.

Mayk Pens ölkəsinin hazırda sınaqlardan keçdiyini qeyd edib.

“2020-ci ildə amerikalılar çox sınaqdan keçdilər. Ancaq xoşbəxtlikdən çətin zamanlarda bizə dəstək olmaq əzmində olan enerjili, qərarlı Prezidentimiz var”, – deyə Mayk Pens əlavə edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *