Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olunacaq

Sabah Gürcüstandan 281 nəfərin Azərbaycana təxliyəsi təşkil olunacaq.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Həmin şəxslərin 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, biri Türkiyə, digəri isə Ukrayna vətəndaşıdır.

Bu gün onlar Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı test olunublar. Nəticələrin sabah səhər açıqlanacağı gözlənilir.

COVID-19 aşkarlanmayan şəxslər sabah səfirliyin təşkilatçılığı ilə 5 avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaq.

Səfirlikdən qeyd olunub ki, Gürcüstan vətəndaşlarının Azərbaycana növbəti təxliyəsi sentyabrın 8-nə nəzərdə tutulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *