Bakıda küçədə silah tapıldı

Bakıda küçədə tapança aşkarlanıb.

Report-un xəbərinə görə, hadisə sentyabrın 4-ü gecə saatlarında paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən sellofan paketə bükülmüş “TT” markalı tapança və boş darağı aşkar olunaraq götürülüb.

Araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *