Qoyunlarını qorumaq istəyən yeniyetmə bacısını öldürdü – FOTO

Türkiyənin Trabzon şəhərində qoyunlarını canavar hücumundan qorumaq istəyən adam bacısını öldürüb.

“HaberGlobal” məlumat verir ki, 17 yaşlı Hakan O. çoban itinin hürdüyünə görə qoyunlarına canavar hücum etdiyini sanıb.

O, ov tüfəngini götürüb evdən çıxmaq istəyəndə yıxılıb və silahdan atəş açılıb. Nəticədə 37 yaşlı bacısı Nurdanə Kandəmir yaralanıb. Xəstəxanaya çatdırılan dörd uşaq anasının həyatını xilas etmək mümkün olmayıb.

Hakan O. məhkəmə qərarına görə, nəzarət şərti ilə sərbəst buraxılıb. Onun barəsində heç kim şikayətçi olmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *