Azərbaycanda şok hadisə: Gəlin və qayınana həbs olundu – VİDEO

Biləsuvarda dələduzluq yolu ilə ayrı-ayrı şəxslərin pul və qızılını ələ keçirən şəxslər saxlanılıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Bərdə şəhər sakinləri Bərahət Əliyeva və onun gəlini Aynurə Abdullayeva yaxalanıb.

Oxu24.com-un verdiyi məlumata görə, saxlanılan şəxslər Biləsuvar rayonunun Ağayrı kənd sakini olan qadını dələduzluq yolu ilə aldadaraq onun 2000 manat dəyərində 3 ədəd qızıl üzüyünü ələ keçiriblər.
Onlar zərərçəkmiş şəxsə bildiriblər ki, onun ailəsində baş verəcək bədbəxt hadisənin qarşısını almaq məqsədilə qızıl-zinət əşyalarını aparıb dua oxuduqdan sonra geri qaytaracaqlar.

Aparılan araşdırmalarla həmin şəxslərin dua yazmaq və digər bu kimi müxtəlif üsullarla daha 3 şəxsi aldadaraq ümumilikdə 800 manat pullarını və 2300 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdikləri müəyyən edilib.

Faktlarla bağlı istintaq davam edir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *