Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəki rayonunda yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Bideyiz kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ümüd Məmmədlinin idarə etdiyi “VAZ-2107″ markalı avtomobillə Nağdalı Səmədovun sükanı arxasında olduğu ” VAZ-2106″ markalı avtomobil toqquşub. Qəzadan sonra “VAZ-2107” alışaraq yanıb.

Hadisə nəticəsində avtomobillərdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *