Lənkəranda yük avtomobili yanıb

Lənkəran rayonunda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Ləj kəndində “Volvo” markalı yük avtomobilinin arxa təkərləri yanıb.

Bildirilib ki, yüksək temperaturdan avtomobilin arxa hissəsində yerləşdirilmiş meyvə yığılan 100 ədəd plastik tara əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *