Sabirabadda avtomobil piyadanı vurub

Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Şəhriyar kəndində qeydə alınıb.

“Opel” markalı avtomobil yolu keçən kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Kamran Hafiz oğlunu vurub. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *