Azərbaycan Dəmir Yolları bugünki qərarını ləğv etdi – YENİLƏNİB

Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, beləliklə Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı, Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.

* * * * *

Komendant saatının tətbiq edilməsi ilə əlaqədar olaraq 28 sentyabr tarixindən etibarən qatarlarının cədvəlinə dəyişiklik edilir.

Bununla bağlı Azərbaycan Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, Sumqayıtdan saat 19:35-də yola düşən 6626 Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən 6625 Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *