Ermənilər Tərtəri atəşə tutur: Yaralılar var

Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir.

Qafqazinfo-nun məlumatına görə, düşmən yenə təxribata əl ataraq dinc əhalini hədəf alıb.

Belə ki, ötən gecə şəhər mərkəzinə düşən mərmi iki mülki vətəndaşın yaralanmasına səbəb olub.

Bunlar şəhər sakinləri – 1981-ci il təvəllüdlü Taleh Novruzov və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğludur.

Yaralılar xəstəxanaya çatdırılıb.

Bundan başqa, bir sıra yaşayış evləri, obyektlər də dağıdılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *