Müdafiə Nazirliyi: Ermənistan cəbhədəki qoşunlarını təmin edə bilmir

Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, alayın 3-cü taborunun şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək qaçıb.

Eyni zamanda, hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq döyüş zonasından qaçıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *