Gəncədə dağıntılar altında qalan azyaşlının vəziyyəti yaxşıdır – VİDEO

Gəncədə düşmənin raket hücumu nəticəsində dağılan binadakı mənzillərdən birində hərbçi ailəsi yaşayırdı.

Dağılan binadakı mənzillərdən biri 3 yaşlı Məryəmgilin evi olub. Məryəm və Aylin adlı uşaqların atası Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən hərbçilərimizdən biridir.

Hadisə zamanı 3 yaşlı Məryəm baş nahiyəsindən xəsarət alıb. Həkimlər tərəfindən müayinə edilən balaca qızcığazın vəziyyəti yaxşıdır.

Müxbirimizlə qısa söhbət zamanı Aylin bacısının yaxşı olduğunu deyib.

Həmin görüntüləri təqdim edirik:

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *