Çində insanlara PULSUZ kriptovalyuta paylanıldı

Çinin Şengzen vilayətində insanlara yerli mağazalarda istifadə etmək üçün lotereya yolu ilə 10 milyon yuan (1,5 milyon ABŞ dolları) dəyərində kriptovalyuta paylanılıb.

Median.Az ted.az-a istinadən bildirir ki, lotereyada 2 milyon insan iştirak edib. Bunun isə 50 mini qalib elan olunub.

Qaliblər Renminbi tətbiqini yükləyərək kriptovalyutalarını ala və regiondakı 3 min mağazada istifadə edə bilərlər.

Xatırladaq ki, Çində kriptovalyutaların dövriyyəyə buraxılmasını Mərkəzi Bank həyata keçirir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *