Hikmət Hacıyev: “Hərbi əməliyyatların Xudafərin istiqamətində aparılması barədə düşmənin yaydığı xəbər cəfəngiyatdır”

“Ermənistan Müdafiə Nazirliyinin hərbi əməliyyatların Xudafərin istiqamətində aparılması barədə yaydığı xəbər cəfəngiyatdır və hətta şərhə belə ehtiyacı yoxdur”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, bu, erməni cəmiyyətində hökm sürən qorxunu qismən azaltmağa hesablanmış dezinformasiyadır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *