Qəbələ-İsmayıllı sərhədində zəlzələ olub

Bu gün Qəbələ seysmoloji stansiyasından 17 kilometr şərqdə – Qəbələ-İsmayıllı sərhədində maqnitudası 3.7 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:52-də qeydə alınıb.

Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *