Nazirlik Qobustanda Sərgi Mərkəzinin tikintisinə başlayacaq

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi elan etdiyi açıq tenderə yekun vurub.

Oxu.Az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, nazirlik tender üzrə işlərin həyata keçirilməsini təmin etmək üçün “Platin-M” MMC ilə müqavilə bağlayıb.

Müqavilənin şərtlərinə əsasən, şirkət Qobustan rayonunun heyvandarlıq kompleksi ərazisində Sərgi Mərkəzinin tikintisini həyata keçirəcək.

Sərgi Mərkəzinin tikintisinə 792 min 527 manat sərf olunacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *