ABŞ şirkəti COVİD-ə qarşı effektli peyvənd hazırladığını bəyan etdi

Amerikanın “Pfizer” şirkəti koronavirusa qarşı hazırladığı peyvəndlərin 95 faiz effektli olduğunu bəyan edib.

Median.Az xarici mediaya istinadən xəbər verir ki, şirkət peyvəndin 3-cü mərhələsinin sınaqlarından sonra bu nəticəyə gəlib.

Şirkətdən bildirilib ki, yeni peyvənd yaşlı insanlarda COVID-19-un səbəb olduğu ölüm riskinin qarşısını alacaq.

Qeyd edək ki, ABŞ şirkətinin hazırladığı peyvəndlər müstəqil ekspertlər tərəfindən hələlik araşdırılmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *