Azərbaycanda idarə rəisi vəzifəsinə TƏYİNAT – FOTO

Şəmkir Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmri Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov imzalayıb.

Əmrlə Zöhrab Məmməd oğlu Adıgözəlov bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, bu təyinatadək Z.Adıgözəlov Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhər şöbəsində baş məsləhətçi kimi çalışıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *