Müharibədən zərər çəkmiş əhaliyə psixoloji yardımla bağlı AÇIQLAMA

“Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyası çərçivəsində Tərtər, Bərdə, Ağdam və Gəncədə olarkən müharibədən zərər çəkmiş əhali arasında psixoloji durumun gərgin olduğunu müşahidə etdik”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu virtual mətbuat konfransında Səhiyyə Nazirliyinin nümayəndəsi Nurəddin Abdullayev deyib.

O bildirib ki, əhaliyə müəyyən psixoloji yardım və dəstək lazımdır:

“Hesabat hazırlanandan sonra bununla bağlı müəyyən addımlar atılacaq”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *