Sabirabadda qəza: Sərnişin öldü

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə dekabrın 31-də saat 22:00 radələrində Sabirabad şəhəri ərazisində qeydə alınıb.

Xaçmaz rayon sakini T.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobili daş hasara vurub.

Nəticədə, sürücü və sərnişini, İmişli rayon sakini Toğrul Şükürzadə xəsarətlərlə xəstəxanaya yerləşdirilib, T.Şükürzadə yanvarın 1-də orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *