Bu il tikinti və şəhərsalma üzrə ayrılan vəsait hansı istiqamətlərdə xərclənəcək?

Azərbaycanda bu il dövlət büdcəsindən tikinti və şəhərsalma üzrə ayrılan xərclərin təyinatı məlum olub.

Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.

Fərmana əsasən, bu il dövlət büdcəsindən tikinti və şəhərsalma üzrə 5 036 561 290 manat vəsait ayrılıb.

Həmin vəsaitin 2 835 000 000 manatı dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 2,2 milyard manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə xərclənəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *