
Türkiyə Superliqasında 22-29-cu həftə matçlarının proqramları açıqlandı.
“Haber Global”ın məlumatına görə, bununla da futbol həvəskarlarının səbirsizliklə gözlədikləri derbilərin tarixləri müəyyənləşdi.
Beləliklə də, 22-ci həftədəki Beşiktaş – Trabzonspor matçı 31 yanvar, saat 19:00-da, Fənərbaxça – Qalatasaray derbisi 6 fevral, saat 19:00-da, 27-ci həftədəki Trabzonspor – Fənərbaxça derbisi isə 28 fevral, saat 19:00-da oynanılacaq.
Leave a Reply