Sabirabadda avtomobil kanala aşıb

Sabirabadda avtomobil kanala aşıb.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Rüstəmli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Şükürov Heybət Mürvət oğlunun idarə etdiyi “QAZ 24” markalı avtomobil idarəetməni itirərək su kanalına aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *