Sabirabadda avtomobil yanıb: Xəsarət alanlar var

Sabirabad rayonunda avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Bildirilib ki, VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı yanıq xəsarətləri alan 2 nəfər təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *