Sumqayıtda yanğın olub

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *