Bakıda satışda olan 108 ədəd ağac yanıb – VİDEO

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 160 m² olan ağac satışı üçün nəzərdə tutulmuş ərazidə 108 ədəd ağac və elektrik sayğacının giriş-çıxış kabelləri 6 m yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *