ABŞ-da Trampa qarşı ikinci impiçment prosesi başlayıb

ABŞ Senatında eks-prezident Donald Trampa qarşı sayca ikinci impiçment prosesi başlayıb.

Keçmiş dövlət başçısı əhalini üsyana təhrik etməkdə günahlandırılır.

Qeyd edək ki, yanvarın 6-da məhz Trampın çıxışından sonra onun tərəfdarları Konqres binasına hücum edib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb və onlarla şəxs həbs olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *