Qazaxda 69 yaşlı kişi intihar edib

Qazaxda intihar hadisəsi baş verib.

Median.Az xəbər verir ki, rayonun Xanlıqlar kəndində yaşayan, 1952-ci il təvəllüdlü Tofiq Xəlilov yaşadığı evin həyətində olan yarım tikilidə özünü asaraq intihar edib.

Yaxınlarının verdiyi məlumata görə, o, uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *