Daha 10 qazi Türkiyəyə müalicəyə göndərildi – VİDEO

Dağlıq Qarabağda ağır yaralanan Azərbaycanlı 10 qazi “YAŞAT” Fondu tərəfindən bu gün Türkiyəyə göndərilib.

Median.Az xəbər verir ki, ölkədəki həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

“YAŞAT” Fondu daha əvvəl də üç qazini müalicə üçün Türkiyəyə göndərmişdi.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *