Qəbələdə ikimərtəbəli ev yanaraq külə döndü

Qəbələ rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun İkinci Pirəli kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *