Ölkədə qarlı hava şəraiti ilə bağlı baş verən yol-nəqliyyat hadisələrinin sayı AÇIQLANDI

Müşayiət olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq ötən gündən bu saata qədər respublika ərazisində 12 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

O bildirib ki, qeydə alınan avtomobil qəzalarında bir nəfər ölüb:

“Ötən gündən bu günə qədər ölkə ərazisində ölüm və xəsarətlə nəticələnən 12 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *