4 müxalifət partiyası YAP-a qoşulur

Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar əldə olunub. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanında liderlik edir.

Sfera.az bildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, Azərbaycanın müxalif cizgili, yaxud da müstəqil sayılan 4 partiyası sabahkı qurultayda Yeni Azərbaycan Partiyasına qoşulacaq.

– Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,
– Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov,
– Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,
– Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.

Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçirdiblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *