Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün keçirilən iclası başa çatıb.

Trend xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq yeni müraciətə baxılıb.

Qeyd edək ki, indiyədək komissiyanın 5 iclası keçirilib və daxil olan müraciətlərin 550-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *