Lökbatanda məktəblilərin intiharı ilə bağlı cinayət işi açıldı

Ötən gün Bakıda iki şagirdin intihar etməsi ilə bağlı cinayət işi başlanılıb.

Qaradağ Rayon Prokurorluğunda hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, ötən gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində iki nəfər 11-ci sinif şagirdi özünü binanın damından ataraq intihar edib. 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızı hadisə yerində dünyasını dəyişib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *