“Keşlə”nin futbolçusu koronavirusa yoluxdu

“Keşlə” klubunun futbolçusu İlkin Qırtımovda koronavirus aşkarlanıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə komandanın baş məşqçisi Sənan Qurbanov səfərdə “Sumqayıt”la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX turun oyunundan sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sağ cinah müdafiəçisinin test nəticəsi bu gün müsbət çıxıb. Qurbanov oyunçunun dərhal təcrid edildiyini bildirib..

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *