Azərbaycanda informasiya və rabitə xidmətlərinin sayı azalıb – RƏSMİ

Bu ilin yanvar-fevral aylarında ölkənin informasiya və rabitə müəssisələri tərəfindən 354,9 milyon manatlıq xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən Vayuta.az-a verilən məlumata görə, bu xidmətlərin 75 %-i əhali sektoruna aid olub.

Bu dövrdə ölkədə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 % azalıb.

Qeyd edilən sahədə əldə edilmiş gəlirin 79,7 %-i qeyri-dövlət sektorunun payına düşüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *