Rusiya və Çin dollardan istifadəni azaltmalıdır – Lavrov

Rusiya və Çin alternativ valyutaya üstünlük verməli və dollardan istifadəni azaltmalıdır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Çin mətbuatına açıqlamasında deyib.

O bildirib ki, bu yolla ABŞ-ın sanksiya risklərini azaltmaq lazımdır:

“Biz texnoloji mənada müstəqilliyimizi artıraraq, dollara alternativ milli və beynəlxalq valyutalarla ticarət etməklə sanksiya risklərini azaltmalıyıq. Biz Qərbin nəzarətində olan beynəlxalq ödəniş sistemlərinin istifadəsindən uzaqlaşmalıyıq”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *