Ermənistanda hərbi vəziyyət ləğv edildi

Ermənistan parlamenti 2020-ci il sentyabr ayının sonundan ölkədə tətbiq olunan hərbi vəziyyətin ləğv edilməsinə dair qərar verib.

TASS agentliyi xəbər verir ki, parlamentin iclası yerli telekanallar tərəfindən canlı yayımlanıb.

“118 deputat hərbi vəziyyət rejiminin aradan qaldırılması ilə bağlı layihəni dəstəkləyib”, – deyə Ermənistan parlamentinin sədri Ararat Mirzoyan bildirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *