Nigeriya koronavirusa qarşı öz vaksinini yaradıb

Nigeriyada koronavirus pandemiyasına qarşı iki peyvənd dərmanı hazırlanıb.

Bu barədə yerli “Vanguard” nəşri Nigeriya prezidentinin COVID-19 ilə bağlı yaratdığı İşçi Qrupun rəhbəri Boss Mustafa Abucadaya istinadən məlumat verib.

Onun sözlərinə görə, vaksin klinik sınaq mərhələsindədir.

Nigeriya rəsmisi vaksinin hazırlanmasında xarici mütəxəssislərin köməyindən istifadə olunub-olunmamasına aydınlıq gətirməyib.

Qeyd edək ki, Nigeriyada əhalinin peyvəndlənməsi martın beşindən başlayıb.

Prezidenti Məhəmmədu Buhari COVID-19 əleyhinə vaksin vurduran ilk şəxslərin sırasında olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *